Qırğızıstan və Tacikistan münaqişənin dayandırılması ilə bağlı sənəd imzalayıblar

Qırğızıstan və Tacikistan münaqişənin dayandırılması ilə bağlı sənəd imzalayıblar
DÜNYA
18:58 25.09.2022
300
Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri sərhəddə yaranmış vəziyyətin nizamlanması ilə bağlı protokol imzalayıblar.

AZXEBER.COM Report”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.

Danışıqlar Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində aparılıb.

Taşiyev deyib ki, protokolun bütün bəndlərinin yerinə yetiriləcəyinə ümid edir.
OXŞAR XƏBƏRLƏR