Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir

Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir
11:19 15.06.2025
500
Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.

Görülən müvafiq tədbirlər nəticəsində, yeddi nəfər diplomatik heyətin ailələri daxil olmaqla, ümumilikdə 28 Qırğızıstan Respublikasının vətəndaşı İrandan Azərbaycana gəlib.

Qırğızıstanın İrandakı səfirliyinin əməkdaşlarından ibarət ikinci qrup bu yaxınlarda təxliyə ediləcək.

İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR