Qırğızıstanda avtomobil körpüsü partladılıb

Qırğızıstanda avtomobil körpüsü partladılıb
DÜNYA
23:08 17.09.2022
352
Qırğızıstanın Batken vilayətində tacik hərbçiləri 36 metrlik avtomobil körpüsünü partladıblar.

Bu barədə Qırğızıstanın Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Kök-Taş-Aksay-Tamdıq avtomobil yolunun 7-ci km-də, Daça-Çayxana yolunun hissəsində Tacikistan hərbçiləri tərəfindən 36 metrlik körpü uçurulub", - məlumatda deyilir.

Mətbuat xidməti körpünün Ak-Suu çayının sahillərini birləşdirdiyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR