Bir qrup şəxs hakimiyyəti ələ keçirməyə çalışdı: 100-dən çox əsgər və bürokrat saxlanıldı

Bir qrup şəxs hakimiyyəti ələ keçirməyə çalışdı: 100-dən çox əsgər və bürokrat saxlanıldı
DÜNYA
16:47 05.06.2023
312
Qırğızıstanda bir qrup şəxs hakimiyyəti ələ keçirməyə çalışıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Qırğızıstanda bir qrupun dövlət çevrilişinə cəhd etdiyi iddia edilir.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi dövlət çevrilişinə cəhddə iştirak etdiyi iddia edilən çox sayda əsgər və bürokrata qarşı genişmiqyaslı əməliyyat başladıb. Məlumata görə 100-dən çox əsgər və bürokratın saxlanıldığı iddia edilir.

Qeyd edək ki, hadisəyə münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov Qırğızıstandakı hadisəni yaxından izlədiklərini və baş verənlərdən narahat olduqlarını bildirib.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR