Qırğızıstanda küçə adları dəyişdirildi - Sovet adları milli adlar ilə əvəzləndi

Qırğızıstanda küçə adları dəyişdirildi - Sovet adları milli adlar ilə əvəzləndi
DÜNYA
15:16 26.08.2026
121
Qırğızıstanın paytaxtı Bişkekdə inzibati-ərazi islahatından sonra küçə və prospektlərin adlarında genişmiqyaslı dəyişikliklər edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təkrar adların aradan qaldırılması və nəqliyyat marşrutlarının sadələşdirilməsi məqsədilə bir sıra küçələr birləşdirilərək onlara qırğız və milli adlar verilib.
 
Dəyişikliklər zamanı sovet dövründən qalan bir sıra adların istifadəsinə də son qoyulub. Bunlar arasında Puteprovodnaya, Molodaya Qvardiya, Seleksionnaya, Muromskaya, Pobeda, Vasilyevski Trakt, Maksim Qorki, Okrainnaya, Naberejnaya və Tsentralnaya Bereqovaya küçələrinin adları da var.
 
Təxminən 1,5 milyon əhalisi olan Bişkekdə əsas prospektlər Çuy, Jibek Jolu, Cengiz Aytmatov və Aalı Tokombayev adlarını daşıyacaq. Şəhərin əsas küçələrinə isə Qırğızıstanın milli və tarixi şəxsiyyətlərinin adları verilib. Bunlar arasında Manas, Şabdan Batır, Cusup Abdrahmanov, Kurmancan Datka, İmanalı Aydarbekov və Absamat Masaliyev küçələri yer alır. Bundan başqa, Ankara, Mahatma Qandi və Den Syaopin kimi beynəlxalq əhəmiyyətli adlar da qorunub.
 
Qırğızıstan Prezidentinin iqamətgahının yerləşdiyi Cengiz Aytmatov və Manas küçələri Cengiz Aytmatov prospekti adı altında birləşdirilib. Şəhərin qərb və şərq hissələrini birləşdirən Mixail Frunze, Den Syaopin, Çuy və Şabdan Batır küçələri isə Çuy prospektinin tərkibinə daxil edilib. Çuy və Jibek Jolu prospektləri ilə Pobeda küçəsi Jibek Jolu prospekti adı altında birləşdirilib. Jayıl Baatır, Absamat Masaliyev, Aalı Tokombayev və Kayıkov küçələri isə Aalı Tokombayev prospekti adı ilə birləşdirilib. Bir sıra əsas küçələrin də adı dəyişdirildi Maksim Qorki və Ankara küçələri Ankara küçəsi adı altında birləşdirilib. Anvarbek Çortekov və Krivonosov küçələri isə Absamat Masaliyev küçəsi adlandırılıb. Bereqovaya, Okrainnaya, Kok-Say, Kurmanaliyev və Naberejnaya küçələri Den Syaopin küçəsinin tərkibinə daxil edilib. Baytik Batır, Cusup Abdrahmanov, Abdınasır Elebesov və Tsentralnaya küçələri Cusup Abdrahmanov küçəsi adını alıb. Lev Tolstoy, Puteprovodnaya və Sarı Özön küçələri Şabdan Batır küçəsi adı altında birləşdirilib.
 
Bişkek hava limanını şəhərlə birləşdirən Yulius Fuçik və Vasilyevski Trakt küçələri isə Manas küçəsi adlandırılıb. Molodaya Qvardiya bulvarı ilə Mahatma Qandi küçəsi birləşdirilərək İmanalı Aydarbekov küçəsi adını alıb. Seleksionnaya və Muromskaya küçələri isə Mahatma Qandi küçəsi kimi müəyyən edilib.
 
7 Aprel və Kurmancan Datka küçələri birləşdirilərək Kurmancan Datka adı altında yenidən təşkil olunub. Vinogradnaya küçəsinə isə Lev Tolstoy adı verilib. İslahat nəticəsində şəhərin ərazisi üç dəfə genişlənib İnzibati-ərazi islahatı nəticəsində Bişkekin ərazisi təxminən üç dəfə böyüyüb. Ətraf yaşayış məntəqələrinin şəhərə birləşdirilməsi ilə inzibati sərhədlər və infrastruktur xidmətlərinin əhatə dairəsi genişlənib. Bu proses nəticəsində şəhərdə eyni adlı küçələrin sayı artıb.
 
Bişkek meriyası bildirib ki, texniki infrastruktur işləri başa çatdıqdan sonra ictimai nəqliyyat marşrutları, dayanacaqlar barədə məlumatlar və şəhər infrastrukturu yenilənəcək. Bununla yanaşı, şəhərin kadastr və rəqəmsal ünvan xəritəsinin də tam şəkildə yenilənməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
15:57 26.08.2026
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı təbrik edib
15:50 26.08.2026
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı təbrik edib
Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...
15:43 26.08.2026
Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...
Valideyn övladının həyat yoldaşı seçiminə qarışmalıdırmı? – VİDEOSORĞU
15:42 26.08.2026
Valideyn övladının həyat yoldaşı seçiminə qarışmalıdırmı? – VİDEOSORĞU
Rusiyadan gətirilən sosislər ilə bağlı AQTA-dan açıqlama
15:40 26.08.2026
Rusiyadan gətirilən sosislər ilə bağlı AQTA-dan açıqlama
Mauro İkardi özünə klub tapa bilmir - Heç kim onu transfer etmək istəmir
15:39 26.08.2026
Mauro İkardi özünə klub tapa bilmir - Heç kim onu transfer etmək istəmir
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit
15:28 26.08.2026
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit
"Köçaryan illər boyu Ermənistanı qarət edib" - Erməni jurnalistdən özəl açıqlama
15:24 26.08.2026
"Köçaryan illər boyu Ermənistanı qarət edib" - Erməni jurnalistdən özəl açıqlama
“Fənərbaxça” Çempionlar Liqasına vəsiqə qazana biləcək? - "Lion" matçı saat neçədə, hansı telekanalda?
15:22 26.08.2026
“Fənərbaxça” Çempionlar Liqasına vəsiqə qazana biləcək? - "Lion" matçı saat neçədə, hansı telekanalda?
Qırğızıstanda küçə adları dəyişdirildi - Sovet adları milli adlar ilə əvəzləndi
15:16 26.08.2026
Qırğızıstanda küçə adları dəyişdirildi - Sovet adları milli adlar ilə əvəzləndi
Mənzil sahibi olmaq istəyənlər üçün Yasamalda fərqli ödəniş və yaşayış imkanları
15:13 26.08.2026
Mənzil sahibi olmaq istəyənlər üçün Yasamalda fərqli ödəniş və yaşayış imkanları
Netanyahu: İrana təzyiq üçün 3 variant mövcuddur
15:03 26.08.2026
Netanyahu: İrana təzyiq üçün 3 variant mövcuddur
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər pul qazandı
15:02 26.08.2026
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər pul qazandı
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
14:49 26.08.2026
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
Pezeşkian və Putin görüşməyi planlaşdırırlar
14:43 26.08.2026
Pezeşkian və Putin görüşməyi planlaşdırırlar
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
14:31 26.08.2026
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya