AZXEBER.COM xəbər verir ki, bu barədə Qırğızıstan FHN-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə "Batken Munay" mədənində qeydə alınıb. Xilasetmə qüvvələri təxminən 200 metr dərinlikdən həlak olmuş iki nəfərin meyitini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil verib.
Dəm qazı ilə zəhərlənmə səbəbindən 18 mədənçi rayon xəstəxanasına müraciət edib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
/"Report"










































