Qırğızıstanda mədrəsə binası dağılıb, 56 nəfər xəsarət alıb

DÜNYA
17:11 03.02.2014
836
Qırğızıstanın Jalal-Abad vilayətinin Suzak rayonunun Lenin kəndində ehsan verilməsi zamanı mədrəsənin tavanı dağılıb. 
Hadisə nəticəsində 56 nəfər xəsarət alıb.
Jalal-Abad vilayətinin Daxili İşlər İdarəsinin mətbuat xidmətinin məlumatına görə, kənd mədrəsəsində 58 yaşında vəfat edən imamın ehsan mərasimi keçirilirdi. Ehsanda 700 nəfər iştirak edib. Bu zaman 150-yə yaxın şəxs mədrəsinin ikinci mərtəbəsində olub. Nəticədə köhnə tavan ağırlığa tab gətirməyərək dağılıb.
56 nəfərin xəsarət aldığı hadisədə ölən yoxdur.(Trend)
OXŞAR XƏBƏRLƏR