Qırğızıstanda Rəsulzadənin 140 illik yubileyinə həsr olunan konfrans keçirildi

MƏDƏNİYYƏT
15:51 20.11.2024
635
Noyabrın 18-də Qırğız respublikasında Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib.

AZXEBER.COM xəbər verir ki, konfrans K. Dikambaeva adına Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Qırğızıstan Xalq Assambleyası, Qırğızıstan Respublikası Azərbaycanlılarının "Birlik” İctimai Birliyi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Konfransın əsas məqsədi görkəmli türk mütəfəkkirlərinin xalqlar arasında münasibətləri möhkəmləndirən ictimai-siyasi ideyaların inkişafına verdiyi töhfələri təhlil və müzakirə etmək olub.

Bununla yanaşı, tədbir onların əsərlərinin tarixi və fəlsəfi aspektlərinin araşdırmasına, eləcə də müasir millətlərarası əməkdaşlıq üçün bu ideyaların əhəmiyyətinin qiymətləndirilməsinə həsr olunub. 

Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. 

Konfransın moderatoru "Birlik” ictimai birliyinin sədri Hansıvar Baxşəliyev olub.

Qeyd edək ki, Tədbir "Birlik” ictimai birliyinin fəal üzvlərinə Qırğızıstan Xalqları Assambleyası və Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin mükafatlarının təqdim edilməsi ilə başa çatıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib

19:10 06.02.2025

Ermənistanda tətil edənlər maaşlarının artırılması üçün komissiya yaradacaq