Qırmızı işıqda keçən sürücü işıqforu yararsız vəziyyətə saldı - VİDEO

Qırmızı işıqda keçən sürücü işıqforu yararsız vəziyyətə saldı - VİDEO
SOSİAL
11:43 12.02.2026
249
Qırmızı işıqda keçdi, işıqforu yararsız vəziyyətə saldı.
 
AZXEBER.COM xəbər verir ki, gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. İşıqforuN qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobili svetofora çırpılıb. Nəticədə 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforun yenilənməsi istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, ötən il ərzində Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş 55 yol-nəqliyyat hadisəsi nəticəsində işıqforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb. Bu istiqamətdə müvafiq tədbirlər görülüb.
 
OXŞAR XƏBƏRLƏR