Qırmızı körpüdə ağır qəza: Yas mərasiminə gedən 8 azərbaycanlı...

Qırmızı körpüdə ağır qəza: Yas mərasiminə gedən 8 azərbaycanlı...
SOSİAL
15:24 06.09.2018
3644
Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və "Lada" markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.

Xəsarət alanların qohumlari bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.

Xəsarət alanlar Rustavi Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR