“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı-2023” ün qalibləri mükafatlandırıldı - FOTOLAR

“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı-2023” ün qalibləri  mükafatlandırıldı - FOTOLAR
İQTİSADİYYAT
13:51 20.11.2023
618
Xəbər verdiyimiz kimi cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti "Onu oxut” aksiyasına start vermişdi.
 
AZXEBER.COM xəbər verir ki, "Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən ianə aksiyasının məqsədi 600 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. Aksiya çərçivəsində 30 dan çox tələbə təqaüd üçün müraciət etdi və onlardan 25 nəfəri təqaüd proqramının qalibi oldu. 

Ötən gün isə fondun rəsmi nümayəndələrinin, tələbələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qaliblərin mükafatlandırma mərasimi keçirildi. Tədbiri çıxış sözü ilə açan Fondun prezidenti Sevda Haqverdiyeva donorlara təşəkkür etdi. "Ötən ilə nisbətən bu il daha çox tələbəyə təqaüd vermək bizim üçün qürurvericidir. Əlbəttə ki, biz bunu xeyirxah insanları ianələri hesabına edirik. Ona görə də bizə dəstək olan hər kəsə xüsusən də 10 nəfər tələbənin təqaüdünü qarşılayan Kapital Bank-a təşəkkür edirəm”. 

Kapital Bank-ın Marketinq Ekspert Mərkəzinin lideri Günel Mavliyarova isə bildirdi ki, "Kapital Bank olaraq təhsilin cəmiyyət üçün nə qədər həssas və vacib mövzu olduğunun fərqindəyik və buna görə də təhsilə dəstək bizim üçün xüsusi istiqamətdir. İnanırıq ki, gənclərimiz bu dəstəyi dəyərləndirərək, şəxsi inkişaflarına daha çox önəm verəcək, gələcəkdə peşəkar mütəxəssis kimi cəmiyyətimiz, ölkəmiz üçün faydalı işlər görəcəklər”. 

Xatırladaq ki, "Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində fond tərəfindən ölkənin müxtəlif ali məktəblərində təhsil alan 25 aztəminatlı tələbəyə hər ay 150 AZN dəyərində təqaüd veriləcək. 

"Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az

 

saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb