“Qırmızı ürəklər”in saytı təqdim edildi

İQTİSADİYYAT
15:00 24.09.2021
505
"Qırmızı ürəklər” ("Red Hearts”) Xeyriyyə Fondunun rəsmi İnternet saytı təqdim edildi.
 
AZXEBER.COM xəbər verir ki, artıq www.redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

Xeyriyyə işlərinə ianələr etmək istəyənlər vəsaiti sayt vasitəsilə, heç yerə getmədən onlayn formada fondun hesabına köçürə bilərlər. Bundan başqa sayt vasitəsilə fondun əməkdaşlarına müraciətlər ünvanlamaq mümkündür. Saytda şəffaflığı təmin etmək üçün statistik məlumatlar dərc olunur: toplanılan məbləğ, həyata keçirilən kampaniyaların sayı, ianə edən fiziki və hüquqi şəxslərin, yardım edilən insanların, həmçinin "Qırmızı ürəklər” könüllülərinin sayı və s.

Sayt təqdim olunarkən fond tərəfindən yeni yardım aksiyasına başlanıb. 4 oktyabr – Ümumdünya heyvanların mühafizəsi günü ərəfəsində "Pəncəli ürəklər” adlı aksiya çərçivəsində toplanılan ianələr şəhərin sahibsiz heyvanlarının qida və müalicə ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Əgər siz də bu xeyirxah təşəbbüsə vəsait ayıraraq töhfə vermək istəyirsinizsə, www.redhearts.az saytına daxil olub ianə edə bilərsiniz.

Qeyd edək ki, "Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Xeyriyyə Fondu kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:18 26.10.2021

Hikmət Hacıyev: "Erməni faşizminin məhv edilməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni yaranıb"

12:15 26.10.2021

“Nə istəyirlər desinlər” – Körpəyə su verməsi ilə gündəm olan Çingiz Abdullayev

12:12 26.10.2021

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

12:10 26.10.2021

Deputat qalmaqallı statusundan danışdı: “Sürücüm edib...”

12:06 26.10.2021

Bu binanın uçma təhlükəsi var, DYP əhaliyə müraciət etdi

12:02 26.10.2021

Kəramət Böyükçöl Narkoloji Dispanserdən evə buraxıldı - FOTO

11:57 26.10.2021

DİN Bakıda bir qrup qazinin yolu bağlamasına münasibət bildirdi

11:55 26.10.2021

"Squid Game" serialına baxan işçilər etiraza başladı: Haqqımızı verin

11:50 26.10.2021

Ərdoğan Azərbaycana yola düşüb

11:47 26.10.2021

Koronavirusun “AY.4.2” variantı “Delta”dan daha təhlükəlidir - AÇIQLAMA

11:45 26.10.2021

Prezidentin köməkçisi: “Regionda yeni təhlükəsizlik düzəni formalaşıb”

11:27 26.10.2021

Alim Qasımov qızını cəzalandırıb: “Mənə şillə vurdu” - VİDEO

11:16 26.10.2021

Ermənistan parlamenti Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı qapalı dinləmələr keçirəcək

11:12 26.10.2021

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

11:02 26.10.2021

DTX rəisindən Azərbaycanda sabitliyi pozmağa çalışanlara XƏBƏRDARLIQ

11:00 26.10.2021

DTX rəisi: "Bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması narahatlıq doğurur"