Qırmızı vərəqə alan oyunçu bıçaqlandı - Stadionda xaos yaşandı

İDMAN
15:24 26.08.2024
196
Argentinanın "Defensores de Alto Verde" və "Santa Fe Football" komandaları arasında keçirilən Liqa matçında rəqib futbolçu bıçaqlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Argentinada sözügedən 2 klub arasınd baş tutan matçın 26-cı dəqiqəsində futbolçu qırmızı vərəqə alıb.
 
Bu an rəqib komandanın ehtiyat oyunçular skamyasındakı oyunçulardan biri meydana daxil olaraq cərimələnən oyunçunun qulağına bıçaq zərbəsi endirib.

Hadisə böyüdükcə gərginlik tribunalara yayılıb və iki komandanın azarkeşləri arasında dava düşüb.

Hakim matçı yarımçık dayandırmalı olub.

Hadisə yerinə gələn təcili yardım qrupları futbolçuya tibbi yardım göstərib.

Hücuma məruz qalan futbolçu əks tərəfdən şikayətçi olmadığını bildirib.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR