Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Əfqanıstanda çoxsaylı insan tələfatına səbəb olan zəlzələnin bir çox ailəni köçkün vəziyyətinə saldığını və bu insanların təcili humanitar yardıma ehtiyacı olduğunu bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qızıl Aypara Cəmiyyəti Əfqanıstanda baş verən zəlzələ ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda Əfqanıstan hökumətinin ölkənin cənub-şərq əyalətlərində baş verən dağıdıcı zəlzələnin Kunar, Nangarhar və Lağman əyalətlərində geniş dağıntılara səbəb olduğu bildirilib.
Bəyanatda deyilir: "Bir çox ailə köçkün və təcili humanitar yardıma ehtiyac duyur. Axtarış-xilasetmə dəstəyi, təcili tibbi yardım xidmətləri, qida və təmiz su, yollara çıxışın bərpası təcili ehtiyaclar sırasındadır” - deyə məlumatda bildirilir.
Gülay