Qış aylarını xəstəliksiz başa vurmaq üçün nə edək?

SAĞLAMLIQ
13:35 25.09.2013
4574

Diyetoloq Leyla Zülfüqarovanın Gün.Az-a müsahibəsi:

- Artıq payız mövsümünə qədəm qoymuşuq.

Adətən fəsil dəyişərkən, xüsusilə də yaz və payız aylarında çəki artımı müşahidə olunur. Bu, nə ilə bağlıdır?- Payızda insan orqanizmində dəyişikliklər baş verir. İmmun sistem zəifləyir, orqanizmin müqaviməti aşağı düşür, vitaminlərə qarşı tələbat ikiqat artır. Bu aylarda immuniteti qoruyaraq daha da gücləndirmək üçün təsiredici vasitələrdən biri normal paylarda, sağlam və planlı qidalanmaqdır. Siz doğru qeyd etdiniz, bu hal payızla yanaşı, yaz mövsümündə də müşahidə olunur.Deməli, payız mövsümünə girəndə vitaminlərə tələbat artır, insanın iştahası da yüksəlir. İnsanlar meyvə və tərəvəz qəbulu ilə yanaşı, yeməkdən də çox istifadə edirlər. Bununla da, qəbul edilən qida kalorisi ikiyə vurulur. Məhz ona görə də mövsüm dəyişikliyində insanlarda çəki artımına meyillilik çoxalır. Hardasa, 3-4 kiloqram arasında çəki artımı müşahidə olunur. Yəni insanlar meyvə-tərəvəzlə qidalandıqları halda, yeməklərin kalorisini mütləq şəkildə aşağı salmalıdırlar ki, nəticədə çəkiləri artmasın.- Bəs qışda çəki artımının müşahidə olunması nə ilə bağlıdır?- Qışda kökəlmənin səbəbi qanda olan serotonin hormonunun miqdarının nisbətən aşağı düşməsi, melatoninin çoxalması ilə bağlıdır. Xoşbəxtlik hormonu saydığımız serotoninin miqdarı azaldıqca insanların daha çox qida qəbul etmək “ənənəsi” başlayır. Melatonin isə yuxu hormonudur. Bu hormon çoxalanda insanların tənbəlləşməyə meyli artır. Nəzərə alanda ki, qış aylarında gəzintilər azalır, müəyyən fiziki aktivlik - üzgüçülük, fitnes, aerobika ixtisar olunur. İnsan aldığı qədər kalori xərcləmir. Bununla da orqanizmin metabolizm aparatının sürəti ləngiyir.Qış aylarında gecənin uzanması ilə əlaqədar vaxtın çox hissəsini yatmış oluruq. Bununla da yuxu hormonları artır və metabolizm ləngiyir. Nəticədə xərclədiyimiz kalorinin nisbəti azalır, aldığımız kalori isə çox şəkildə qalır. Amma xatırladım ki, hər iki hormon orqanizm üçün olduqca lazımlı və faydalıdır. Və hər iki hormonun qıtlığı orqanizm üçün çox böyük fəsadlara səbəb ola bilir.- Müxtəlif fəsillərdə artıq çəki almamaq üçün nə kimi tədbirlər görmək lazımdır?- Bunun üçün sağlam həyat tərzi birinci növbədə vacibdir. Hər ayın, fəslin özünəməxsus proqramı var. Məsələn, payızda vitaminlərə tələbat artırsa, orqanizm özü bizə sağlam rasional qidaya keçməyi diktə edir. Bunun üçün menyuda tərəvəz və meyvə saxlanılır. Tərəvəz çox qəbul olunduğu halda isə digər qidalara məhdudiyyət qoyulmalıdır.Karbohidratları nəzərə almaq lazımdır. Çünki tərəvəzlərin çoxunun tərkibində karbohidrat var. Biz çox yemək yeyirik. Üstəlik, meyvələrdən aldığımız vitaminlə yanaşı, karbohidratlarla orqanizmi yükləmiş oluruq. Bu mövsüm qlükoza ilə zəngin meyvələrin mövsümüdür. İnsanların yanlışı nədədir bilirsiniz? Üzüm, əncir yeyirlər. Üzərindən də yağlı, ətli, karbohidratlı qida qəbul edirlər.İnsanlara məsləhət görərdim ki, məsələn, çörəyi menyuda məhdudlaşdırdıqları halda, lazım olan karbohidratı digər tərəvəzlə əvəz etsinlər. Məsələn, yeməyin yanında pomidor-xiyar yemək, çörək yeməyə bərabərdir. Düzgün qidalanmada digər bir şərt kifayət qədər zülallı qidalar qəbul etməkdir. Xüsusilə, süd, pendir, qatıq, kəsmik, yumurta, mal əti, toyuq, balıq kimi qidalar zülalın ən yaxşı mənbəyidir.Xatırladım ki, bu məsləhətlərə əməl etməklə immun sisteminizi gücləndirib, infeksiyalardan qoruna bilərsiniz. Soyuq fəsilləri xəstəliksiz başa vurmağın mümkün olduğuna inamınız artar.- Daha bir məqama toxunmaq istərdim. Bəzən insanlar mövsüm dəyişikliyi zamanı, kompleks vitaminlərə, bioloji aktiv əlavələrə (BAƏ) müraciət edirlər. Halbuki, bunları təbii yolla, meyvə-tərəvəz yeməklə əldə etmək mümkündür. Necə düşünürsünüz, vitamin və BAƏ-in insan orqanizminə zərəri varmı?- Əslində, ABŞ-da və Avropanın bir çox ölkələrində BAƏ-dən müəyyən formada istifadə edilir. BAƏ-lər bitki tərkiblidir. Sadəcə, düşünürəm ki, bu əlavələri qəbul edən zaman yaş faktoruna fikir vermək lazımdı. Məncə, 18 yaşadək insan orqanizmi öz ehtiyatları çərçivəsində strukturunu qurmalıdır. 18 yaşdan sonra isə müəyyən dozalarda, BAƏ və vitaminlərə əgər ehtiyac varsa qəbul etmək olar.- Qış aylarında orqanizmdə daha çox hansı vitaminə tələbat artır? Doğrudur ki, vitamin qəbulu çəki artımına səbəb olur?- Vitaminlərdən çəkini C vitamini artırır. Bu vitamin iştahanı artırır, yeməyə tələbat yaradır. Çəki isə bayaq qeyd etdiyim kimi, meyvə və tərəvəzlərlə yanaşı, qidanın həddən artıq qəbul olunduğu halda artır. Onu da deyim ki, C vitamini ilə zəngin olan meyvələr bizdə iştahanı artırsa da, eyni zamanda, yağ hüceyrələrinin parçalanmasında da mühüm rolu vardır. C vitamini bütün mövsümlərdə aktualdır.Çünki güclü antioksidantdır, hüceyrələrin təzələnməsində mühüm rolu oynayır. A vitamini də antioksidantdır. A və C vitaminləri həzm sistemini gücləndirərək infeksiyalarla mübarizədə orqanizmin müqavimətini artırır. Demək, bu vitaminləri özündə cəmləyən meyvə-tərəvəz, göyərtilərə üstünlük vermək lazımdır. Payız aylarında kök, nar, üzüm, kivi, ananas, sitrus meyvələri - naringi, portağal, limon, qreypfrut, feyxoa yemək tövsiyə olunur. Bu mövsümdə xüsusilə təzə sıxılmış meyvə şirələri də mütləqdir. Ən vacib şərt isə meyvə şirəsi çəkildikdən sonra ilk 5-10 dəqiqə ərzində içilməlidir. Meyvə şirəsi saxlanıldıqda, tərkibindəki C vitamini istinin təsirindən parçalanır və itir.Qarşıdan gələn aylarda məsləhət görərdim ki, qəhvə və çayın əvəzinə vitamin C ilə zəngin olan itburnu dəmləməsinə üstünlük verilsin. Ara yeməkləri təzə hazırlanmış salatlarla olsa yaxşıdır. Çünki bu cür qidalanmaq orqanizmə lazım olan vitaminləri vermiş olur.Sonda insanlara tövsiyəm budur ki, hər bir mövsümün özünəməxsus bəslənmə qaydası olduğunu bilib, məhz buna görə qida rasionlarını tərtib etsinlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb