“Qış kuboku”, yoxsa uşaqların həyatı üçün təhlükə?

İDMAN
14:24 30.01.2016
1596

“Vətən” futbol məktəbinin təşkilatçılığı ilə 11-13 yaşlı oğlanlar və qızlar arsında “Qış kuboku” turniri keçirilir.

Uşaqlar arsında hansısa bir turnirin təşkilini alqışlamaq lazımdı. Ancaq “Vətən”in keçirdiyi bu turnir münasib vaxta təsadüf etməyib.

Komanda.az xəbər verir ki, yanvarın 26-da start götürən turnir qarla örtülü stadionda keçirilir. Təbii ki, bu da uşaqların sağlamlığı baxımından olduqca təhlükəlidi. Onu da nəzərə alaq ki, uşaqlar üçün keçirilən turnirlərdə satdionlarda nəinki təcili yardım maşını, heç “fledşer” də olmur.

Təqdim etdiyimiz şəkillərdən uşaqların hansə şəraitdə top qovduğu aydın görünür. Belə stadionda bu uşaqlardan hansısa biri ciddi xəsarət alarsa, məsuliyyət kimin üzərində qalacaq? Yəqin ki, bu suala cavab verə biləcək şəxsi də tapmaq müşkül olar.

OXŞAR XƏBƏRLƏR