Qış Universitetinin iştirakçıları “Liderlik bacarıqları”na yiyələndilər

Qış Universitetinin iştirakçıları “Liderlik bacarıqları”na yiyələndilər
GƏNCLİK
10:55 18.02.2012
1624

“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Qəbələ rayonunda keçirilən “Gənc Liderlər üçün Qış Universiteti – Sığortalı Gələcək” layihəsinin növbəti qonağı GRBS® Beynəlxalq Tədris Mərkəzinin menecment üzrə aparıcı ekspertlərindən biri, eyni zamanda GRBS® Şirkətlər Qrupunun İdarəedici Partnyoru Bəhram Qurbanov olmuşdur. Qonaq tərəfindən gənc lidərlərə “Liderlik bacarıqları” mövzusunda master-klass keçirilmişdir.

Panel zamanı ekspert qeyd etmişdir: “Bizi gələcəkdə nə gözlədiyini və bizim üçün gələcəkdə hansı dəyərlərin bizdə qalmasını və ya yeni hansı dəyərlərə yiyələnmək istədiyimizi müəyyən etməklə biz öz vizyonumuzu qura bilərik. Əgər biz öz vizyonumuzu düzgün müəyyən edə bilməsək, onda bizim davamçılarımıza da öz düzgün vizyonlarını qurmağa yardımçı ola bilməyəcəyik. Lakin liderlik tək vizyonun qurulması ilə bitmir.”

Master-klass zamanı lider olmağa iddialı gənclər vizyonun qurulması ilə yanaşı, sistemli düşünmə, vaxtın idarə olunması, diqqəti cəlbetmə üsulları, etibarlılıq yaratmağın sirləri, təqdimata hazırlıq, natiqlik qabiliyyəti, dəyişikliyin əsas məqamları, təsir etmək üçün strategiyalar, menecer və lider arasındakı əsas fərqlər, münaqişələrin həlli yolları, strateji planlaşdırma kimi mövzularda da nəzəri və praktiki məlumatlar əldə etmişlər. Müxtəlif öyrədici-əyləncəli oyunlardan istifadə, maraqlı animasiyalar iştirakçıları daima impulsda saxlamış və master-klassın yüksək effekt yaratmasına imkan vermişdir.

Sonda hər bir iştirakçıya GRBS şirkətinin Dil Proqramları istiqaməti üzrə təklif edilən Ümumi və İşgüzar İngilis dili kurslarına, həmçinin TOEFL IBT, IELTS, GMAT, GRE, SAT və LSAT hazırlıq kurslarına 21 %-lik güzəşt kuponları təqdim edilmişdir.

Master-klass Azərbaycan Respublikasının Dövlət Himninin birgə ifası ilə sona çatmışdır. Tədbirdən sonra mövzu ilə bağlı iştirakçıların müxtəlif sualları Bəhram Qurbanov tərəfindən cavablandırılmışdır.

Xatırladaq kki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilir. AzTV, XəzərTV, həmçinin 1news.az, gun.az, AzerTAc, news.az, azxeber.com, qaynar.info, interfax.az agentlikləri layihənin rəsmi informasiya dəstəkçisidirlər

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi