‘Qısa müddətdə mümkün deyil’ - Nazir

SİYASƏT
12:34 04.11.2013
1032

“Azərbaycanda qısa müddətdə neft hasilatından çirklənməni və onun ekoloji nəticələrini aradan qaldırmaq mümkün deyil”.

Trend-in məlumatına görə, bunu bazar ertəsi ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Bakıda keçirilən beynəlxalq ekoloji konfransda bildirib. Onun sözlərinə görə, 2011-ci ilin sonuna (işlənmənin bütün dövrü ərzində) 1,5 milyard ton neft hasil olunub ki, bu da xüsusən ekoloji məlumatsızlıq dövründə ölkənin ekoloji çirklənməsinin miqyasının göstəricisidir. Bu nəticələrin aradan qaldırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizləməsi və ekoloji vəziyyətin yaxşılaşması üzrə aktiv iş aparan ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) üzərinə düşür.

Hüseynqulu Bağırov bildirib ki, neft sənayesinin inkişafı nəticəsində çirklənmiş torpaqların ümumi ərazisi 35 min hektar təşkil edir ki, bunun 15 min hektardan çoxu güclü çirklənməyə məruz qalıb.

Ekologiya sahəsində ölkədə görülən işlərə gəlincə, nazir qeyd edib ki, Azərbaycanda son on il ərzində səkkiz milli park yaradılıb və hazırda daha birinin yaradılması üzrə işlər aparılır. On il ərzində qorunan ərazilərin sahəsi 400 min hektardan bir milyon hektara qədər böyüyüb. Həmçinin bu vaxt ərzində ekoloji vəziyyətin yaxşılaşması üçün bir milyondan çox ağac əkilib.

OXŞAR XƏBƏRLƏR