Qışda depressiya nədən yaranır? - SAĞLAMLIQ

SAĞLAMLIQ
00:32 14.12.2011
3867

Günəşin bizə verdiyi sevinc və ağrılar barədə

Qış gələn kimi hava tez qaralmağa başlayandan etibarən insanın əhval-ruhiyyəsi də dəyişir. İnsanda depressiya, ruh düşgünlüyü hiss olunur. Kifayət qədər gün işığının olmaması insanın özünə qapanmasına gətirib çıxarır. Bütün bunlar günəş işığı ilə bağlıdır. Elmdə buna mövsümü affektiv pozğunluq və ya SAD (seasonal affective disorder) deyilir. SAD kənardan emosional depressiya kimi görünür, fiziki enerjinin azalması, iştaha və yuxuya olan ehtiyacın artması ilə müşahidə olunur.

Bu prosesə insan orqanizmində olan melatonin və serotonin hormonu səbəb olur. Melatonin yuxu hormonu, serotonin gümrahlıq və əhval-ruhiyyənin artması ilə bağlı olan hormondur. Belə ki, qaranlıq çökdükcə, orqanizmdə olan melatonin hormonunun səviyyəsi təbii şəkildə artır. İşıq açıldıqca isə əks proses, yəni serotonin hormonun səviyyəsi artır. Buna görə səhər günəş işığı görən insanlar daha gümrah olur.

Elmə parlaq işıq terapiyası kədərli insanların əhval-ruhiyyəsinə yaxşı təsir göstərdiyi məlumdur, yəni işıq dərhal insanın melatonin və serotonin sisteminə təsir edir. Bu istiqamətdə çalışan tədqiqatçılar belə bir qənaətə gəliblər ki, işıq terapiyası istənilən antidepressiya dərmanlardan dəfələrlə effektivdir. Kliniki sınaqlar nəticəsində məlum olub ki, işıq terapiyası təkcə SAD-dan əziyyət çəkən pasiyentlərə deyil, eyni zamanda depressiyanın digər növlərindən də əziyyət çəkənlərə böyük yardım edir. Bunun üçün hər gün kifayət qədər gün işığı qəbul etməyimiz olduqca vacibdir. Gün işığı əhval-ruhiyyəni qaldırmaqla yanaşı, D vitaminin də qəbulu öz işini görmüş olur. Günəş insanda xoş əhval-ruhiyyə yaratsa da, bu səmavi cisimdə baş verən maqnit qasırğası insana heç də yaxşı təsir etmir. Hələ XX əsrin 30-cu illərində Nisedə (Fransa) maqnit burulğanları ilə bağlı hadisə baş verib. Şəhərdəki telefon stansiyasında yaşlı insanların miokard və insult keçirmə tezliyi artır və eyni zamanda tamamilə telefon şəbəkəsi ilə əlaqə kəsilir. Bu hadisədən sonra aparılan araşdırmadan sonra telefon əlaqəsinin kəsilməsi maqnit burulğanları ilə eyni vaxtda baş verməsi məlum olur. Məhz bu əsasla infarkt və insult, eləcə də telefon şəbəkəsinin kəsilməsi maqnit burulğanları ilə bağlı olması qənaətinə gəlinir. Bundan başqa, günəşdə baş verən aktivliyin təsiri bədbəxt hadisələr, nəqliyyat və istehsalatda travma almasına səbəb olub. Hələ 1928-ci ildə A.L. Çijevski, XX əsrin 50-ci illərdə isə almaniyalı alimlər R.Reyter və K. Verner apardıqları 100 min avtoqəza ətrafında belə bir qənaətə gəliblər ki, bədbəxt hadisələr günəşdəki aktivliyin ikinci günü baş verir. Daha sonra rusiyalı məhkəmə tibbi eksperti V.P. Desyatoye də günəşdə baş verən partlayışların ikinci günü sui-qəsdlərin sayında kəskin (adi günlərlə müqayisədə 4-5 dəfə) artım müşahidə edib. Maqnit qasırğası baş ağrıları, miqren, ürək döyüntülərinin tezləşməsi, yuxusuzluq, özünü pis hissetmə, aşağı tonus, təzyiq düşməsi ilə müşahidə olunur. Başağrı, gicəllənmə və oynaqlarda ağrıların səbəbləri Belə ki, maqnit qasırğası zamanı qan cisimlərinin aqreqatları yaranır, yəni orqanizmdə qan qatılaşır. Sağlam insanda bu nisbətən aşağı səviyyədə olur. Qan qatılaşdığına görə oksigen mübadiləsi pisləşir. Oksigen çatışmazlığına ilk reaksiya verən isə beyin və sinir ucluqları olur. İnsanların böyük əksəriyyəti sakit geomaqnit vəziyyəti ilə bağlı olmurlar, lakin maqnit qasırğalarına eyni reaksiya verirlər. Bu, təxminən Yer əhalisinin 50%-dən 75 faizində baş verir. İnsanların reaksiyası fərdidir Konkret olaraq insan qasırğa başlamamışdan öncə bu hadisəyə reaksiya verir. Bir anlıq diqqət yetirin, bir çox insanlar reaksiyanı maqnit qasırğasına deyil, bundan 1-2 gün öncə, daha doğrusu, Günəşin özündə partlayışlar baş verən anda reaksiyaları hiss olunur. Belə bir fikir yaranır, maqnit qasırğası haqda öncədən xəbər verən hər hansı informasiya siqnalı mövcuddur. Daha bir mühüm məqam isə əhalinin 50 faizi bu hadisəyə adaptasiya olur. Yəni ardıcıl olaraq 6-7 gün davam edən maqnit qasırğasını sıfıra endirərək onu adiləşdirə bilirik.

Ans Press

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb