"Bu, xalq səfərbərliyi deyil".
AZXEBER.COM xəbər verir ki, bunu "MediaPost”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, hazırda yalnız konkret hərbi vəzifələr üzrə xidmətə cəlb olunan şəxslərdən söhbət gedir:
"Qismən səfərbərlik yaxın müddətdə tərxis olunan hərbi qulluqçulara və vaxtilə Silahlı Qüvvələrdə zabit kimi xidmət etmiş vətəndaşlara aiddir. Bunlar da bir neçə kriteriyalara bölünür. Orduda artilleristlərə ehtiyac olursa, artıq artillerist olan tağım, bölük komandirləri çağırışa cəlb olunurlar.
Yaxud, hava hücumundan müdafiədə xidmət edən zabitlər həmin vəzifəyə ehtiyac olduğu halda orduya cəlb olunurlar. Bu, xalq səfərbərliyi deyil, yalnız konkret hərbi vəzifələr üzrə xidmətə cəlb olunan şəxslərdən söhbət gedir”.
R.Məmmədli bildirib ki, hazırda Azərbaycanda genişmiqyaslı səfərbərliyə çağırılma ilə bağlı qərar yoxdur.