Təhsil Tələbə Kredit Fondunun maliyyə şöbəsinin müdiri Tehranağa Abdullayev qiyabi təhsil alan tələbələrə də təhsil krediti verilə biləcəyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, şöbə müdirinin sözlərinə görə, tələbə kreditlərinin verilməsi barədə əlavələr edilməsi məqsədilə Təhsil Tələbə Kredit Fondunun idarəetmə orqanı olan Himayəçilik Şurasının iclasında təklif irəli sürüləcək.
T.Abdullayev 2022-2023-cü tədris ili üzrə müraciətlərin qəbuluna başlanıldığına da diqqət çəkib.
Xatırladaq ki, 2021-ci ilin oktyabr ayından tələbə kreditlərinin verilməsinə başlanılıb.