'Qiyamət günü' üçün toplar hazırlandı - FOTOLAR

DÜNYA
15:07 12.12.2012
2309
Maya təqviminin sona çatacağı, qiyamət günü olacağına inanılan 21 dekabrdan qaçmaq üçün insanlar müxtəlif yollar axtarmağa başlayıblar. Amma çinli bir kişinin qiyamətdən qaçış üçün hazırladığı üsulun bənzəri yoxdur.AZXEBER.COM-un məlumatına görə, Liu Çiyuan “2012” filmindən ilhamlanaraq fövqəladə vəziyyət şarları yaradıb. "Nuhun gəmisi" adı verilən bu şarların içi dəmirdən, üstü isə fiberqlastan ibarətdir. Bir xeyli ağır olan bu kürələri yerindən tərpətmək üçün 4 nəfər lazımdır.Bu toplar suda üzə də bilirlər. Bəzilərində isə hətta özünə məxsus mühərrik də var. Yəni bu şarlar sunami.sel, daşqn kimi fəlakətlərdə xilasedici rolunu oynaya bilərlər. Hava və su keçirməyən kürələrin çərisində 14 nəfərlik yer, təhlükəsizlik kəməri və oksigen balonları var.Qeyd edək ki, bir necə ay öncə Yanq Zonqfu adlı başqa bir çinlidə 250 min dollara başa gələn kürəsini təqdim etmişdi. Yanq kürənin içərisindəki ehtiyatlar isə 3 nəfrəlik ailənin 10 ay yaşaya biləcəyini iddia edirdi.

OXŞAR XƏBƏRLƏR