21 dekabr "qiyamət günü" söyləntiləri ilə bağlı bəzi saytlarda və sosial şəbəkələrdə zarafatlar da yayılır. Belə zarafatlardan birini "Çudo Peçka" rəsmi facebook səhifəsində (https://www.facebook.com/chudopechka) məzəli bir paylaşımla edib.
Səhifədə üzərində son istifadə tarixi kimi "21 dekabr 2012" yazılan bir sendviç fotosu paylaşılıb. Bu şəkil "Çudo Peçka" qiyamət günündə də sizi ac qoymaz", "Əsas acından ölməməkdir" şərhləri ilə yayımlanıb.
Paylaşılan foto və ona səhifə adminlərinin verdiyi şərhlər səhifənin üzvləri tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.