Taarif Şurasının 3 dekabr tarixindən benzin və neft məhsullarının qiymətini artırmasına görəsən sənət adamları necə yanaşır?
Bu məqsədlə bir neçə sənətçiyə üz tutduq.
“Mən Maliyyə Naziriyəm, ya iqtisadçıyam? Belə sualları mən cavablandırmıram”.
AZXEBER.COM-un məlumatına görə, bu sözləri "axar.az"a Tarif Şurasının bahalaşma ilə əlaqədar qərarınamünasibət açıqlamaq istəməyən Xalq artisti Afaq Bəşirqızı dedi.
Xalq artisti Arif Babayev də qiymət artımının dövlətin səlahiyyətində olduğunu bildirdi:
“Mən bir söz deyə bilmərəm. Qiyməti artırıb-azaltmağa gücüm çatmır. Ona görə də bu mənim səlahiyyətlərimə aid olan məsələ deyil”.
Tanınmış şoumen Bəhram Bağırzadə qiymət artımından narazı olmadığını dedi:
“Bu, lap yaxşı oldu. Demək, lap çox işləyəcəyik. Mən iş adamıyam. Səhər saat 8-dən axşam saat 10-a qədər işləyirəm ki, daha çox maşın sürə bilim, daha çox qazana bilim”.