Qız Qalasında bərpa işləri bu il başa çatacaq

Qız Qalasında bərpa işləri bu il başa çatacaq
14:20 05.02.2013
1392
Qız qalasında restavrasiya işləri əvvəlcədən hazırlanan qrafika əsasında aparılır. İşlərin 80% artıq başa çatıb.Qalada restavrasiya işlərini həyata keçirən mütəxəsisslər deyir ki, Qala divarları qədimliyə xələl gətirilmədən konservasiya olunur. Bərpa zamanı Qız qalasının daş örtüyü yuyulub, ara hissələrdə yerləşən boşluqlar, xüsusu maddələrlə doldurulub.Diqqət həmdə abidənin üzərindən yağış sularınında daxilə nüfuz etmədən kənara axıdılmasının və struktur dayanaqlığının təmin olunmasına yönəldilib. Bununla yanaşı Qız qalasının daxilidə konservasiyya olunur. Ona görə də, abidə ziyarəti üçün müvəqqəti bağlanıb. Abidənin daxilindəki işləridə bu sahədə böyük təcrübəyə malik Avstraliyalı mütəxəsisslər həyata keçirirlər.Bərpaçı, Çingiz Nemanzadə bildirdi ki, ““Qız Qala”sının içərisində qədim quyu var, o zaman “Qız qala”sı ilə bir yerdə tikilib o zaman. Hal-hazırda o quyu təmizdir. Bu quyunu lap dibinə kimi təmizlədik, bu çox çətin və ciddi iş idi.Ancaq biz onu müvəfəqiyyətlə yerinə yetirdik. Quyudan çıxan suyu analiz etdikdən sonra bildirildi ki su içməli sudur.”Hər il Cənubi Afrikadan ölkəmizə köç edən quşların özlərinə seçdiyi məkan İçəri Şəhər, xüsusilə Qız qalasıdır.Yuneskonun Dünya İrs Siyahısına daxil olan “Qız Qala”sının konservasiyasının bu ilin Noyabr ayına kimi tam başa çatdırılması gözlənilir.İşlər yekunlaşdıqdan sonra muzey ekspoziyasının müasir texnaloqiyaların köməyi ilə dünya standartları səviyyəsində yenidən qurulmasi işi həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR