Qaz sızması nəticəsində cütlük zəhərlənərək öldü

DÜNYA
15:30 31.01.2025
167
Dəm qazından zəhərlənən Ali Koru (87 yaş) və Fatma Koru (66 yaş) adlı cütlük həyatını itirib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Balıkesir bölgəsində baş verib.
 
Belə ki, Koru cütlüyünün yaxınları onlardan xəbər ala bilməyəndə polisə xəbər verib. Çilingərin köməyi ilə evə gələn qruplar cütlüyü hərəkətsiz vəziyyətdə tapıblar.
 
Müayinə zamanı Koru cütlüyünün dəm qazından zəhərlənərək öldüyü müəyyən edilib. Cəsədlər yarılma üçün morqa göndərilib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR