Gənc qız 24 saatlıq sevgilisinin adını üzünə həkk edib
Gənc qız internetdə tanış olduğu oğlanın adını üzünə həkk etdirib. Lesya adlı qızın tanış olduğu Ruslan Tumanyants tatu ustası olub. Bir müddət öncə o, internet vasitəsilə adıçəkilən gənc qızla tanış olub. Münasibətə başlamalarının üzərindən 24 saat ötməmiş qız cürətkar addım atıb. O, sevgilisinin adını böyük hərflərlə üzünə döymə etdirib. "Döyməni əbədi sevgimizin simvolu olaraq görürəm. Bədənimin hər yerində döymə etməsini istəyirəm", deyə yaxın vaxtlarda sevgilisi ilə evlənməyə hazırlaşan Lesya deyib.