"Qız verirəm, üstündə hələ maşın, ev də bağışlayım?"

"Qız verirəm, üstündə hələ maşın, ev də bağışlayım?"
MAQAZİN
17:34 01.11.2016
6504
 
Kürəkənimə nə ev, nə maşın alaram. Qız verirəm, üstündə hələ maşın, ev də bağışlayım?

Bu sözləri əməkdar artist Mətanət İsgəndərli deyib.

"5/5" verilişinə qonaq olan müğənni bildirib ki, kürəkəninə heç vaxt bahalı hədiyyələr verməz:

"Elə kürəkən ailənin qədrini bilməz. Mənim təcrübəm var, beləsini görmüşəm. O kürəkən heç kimə dəyər verməz".

M.İsgəndərli avtomobil idarə edə bilmədiyini söyləyib:

"Maşın sürə bilmirəm, sürücü ilə gəzirəm. Həyatda ən böyük arzum maşın sürməkdir".

Qeyd edək ki, M.İsgəndərlinin bir oğlan, bir qız övladı var.
 
//axşam.az
OXŞAR XƏBƏRLƏR