Qız “yox” cavabı aldığı oğlanı güllələdi - VİDEO

Qız “yox” cavabı aldığı oğlanı güllələdi - VİDEO
DÜNYA
12:22 07.01.2019
2649
Türkiyənin Tekirdağ bölgəsinin Çerkezköy rayonunda qadın platonik aşiq olduğu iş yoldaşını öldürüb.

24 yaşlı Filiz işdən sonra Mehmet adlı iş yoldaşı ilə gəzməyə çıxıb. 

Bu zaman Filiz Mehmetə onunla evlənmək istədiyini deyib. Qarşı tərəfdən rədd cavabı alan qız cibindəki silahı çıxarıb və oğlana atəş açıb. 

Mehmet hadisə yerində keçinib. Cinayət yerinə gələn polis intihara cəhd edən Filizi fikrindən yayındıra bilib.

Hadisə anbaan təhlükəsizlik kamerasına düşüb.
 
///oxu.az
 

OXŞAR XƏBƏRLƏR