Amerika Kimya Cəmiyyətinin tədqiqatçıları mobil telefonların istilik problemini tarixə yazdıracaq bir araşdırmaya imza atdılar.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, "Qızdıran və yavaşlayan ağıllı cihazlar tarix olacaq, cib telefonları və portativ kompüterlər nano texnologiya ilə hazırlanmış almaz soyuducularla dörd dəfə daha yaxşı soyudulacaq", - deyə Amerika Kimya Cəmiyyəti bəyanat yayıb.
Alimlər portativ cihazların işini məhdudlaşdıran ən mühüm amillərdən biri olan isitmə problemi ilə bağlı inqilabi kəşf etdiklərini açıqlayıblar.
Elektrospinning üsulu ilə almaz liflərindən istifadə edilərək istehsal edilən nano-filmin mövcud sistemlərdən dörd dəfə daha effektiv soyutma təmin etdiyi açıqlanıb.
Alimlər texnikada istifadə edilən nano-almaz təbəqənin istilik ötürülməsini dəfələrlə sürətləndirdiyini bildirirlər.
Tədqiqatçılar bildiriblər ki, bu soyuducular sayəsində gələcək smartfonlar həm daha sürətli, həm də daha rahat işləyə biləcəklər.
Şirkətlər emal gücü günü-gündən artan mobil cihazları soyutmaq üçün müxtəlif həllərdən istifadə edirlər.
Temperaturun azalması ilə performansın artacağı və batareyanın ömrünün uzadılacağı vurğulanır.
Mikayıl