"Həyat yoldaşım məni hər gün bel ilə döyür. Evdən də qovub, 10 gündür darvazının qarşısında yatıram".
AZXEBER.COM xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişinə gələn Tofiq adlı kişi deyib.
O hər gün arvadı tərəfindən döyüldüyünü bildirib: "3 qızım var. Sonuncu övladım ərəb vətəndaşı ilə ailə həyatı qurdu. Özlərinə 1000 AZN dəyərində kirayə ev tutmuşdular. Dedim gelib bizdə qalsınlar, pullarını xərcləməsinlər. 20 gün bizdə qaldılar, həmin müddətdə gördüm ki, evdə hamı onun sözü ilə oturub, durur. Məcbur olub evdən çıxardım. Həmin gündən sonra həyat yoldaşım məni döyür və evə buraxmır".
Həmin anları təqdim edirik:
Nazim Qasımzadə