Vasif Məhərrəmli uzun zaman sonra qızı Əfşandan danışıb.
AZXEBER.COM xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan müğənni qızının ona qadağasından danışıb.
Müğənni bildirib ki, qızı efirlərdə onun haqqında danışmasını atasına qadağan edib:
"Qızın həddi-buluğa çatanda özümlə hər yerə aparsam söz-söhbət çıxacaq ki, qızını kiməsə göstərir ki, kimsə bəyənsin. Onun 15 yaşı olanda ailəliklə Manaf Ağayevin övladının toyuna getmişdik. Orada Nazilə Səfərli gəldi mənə dedi ki, "Qızını toya çıxartmısan?". Təəccübləndim, dedim o nə deməkdir? Sonra başa düşdüm ki, bəyənmək mənasında deyir. Dedim yox, hələ tezdir.
İndi qızımın 23 yaşı var. Elçilərimiz yoxdur. O özü bəyənib sevməlidir. İnşallah xeyirlisi olsun. Qızım mənim bu mövzuları danışmağımı sevmir. Çünki mətbuatda yayılır, onda da qızım mənə irad tutur. Onun haqqında danışmağımı mənə qadağan edib".
Aysel










































