Türkiyə vətəndaşı Nazife Altenin Tekirdağın Şarköy rayonunda yaşayan qızı Neşe Alten və həmin vaxt yanında olan həyat yoldaşı Hasan Alten 26 oktyabr 1993-cü ildə Diyarbəkirdə PKK terrorçuları tərəfindən şəhid olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Nazife Alten 29 il sonra qızı və ərinin şəhid olduğu gün dünyasını dəyişib.
Onun bu tarixdə vəfat etməsi eşidənləri kədərləndirib.
Alten üçün ötən gün günorta saatlarında Şarköydəki Çarşı məscidində cənazə namazı qılınıb.
Nazife Altenin cənazəsi gözyaşları içində rayon qəbiristanlığında torpağa tapşırılıb.
Aydın