Qızıl alıb saxta dollar verdilər - VİDEO

Qızıl alıb saxta dollar verdilər - VİDEO
SOSİAL
22:33 28.01.2026
681
Bakıda qızıl alqı-satqısı ilə məşğul olan şəxs bir neçə dəqiqənin içində 8400 manat zərərə düşüb. Hadisə bu ayın 19-u səhər saatlarında sifariş əsasında qızılın kuryerlə ünvana çatdırılması zamanı baş verib.

AZXEBER.COM Xəzər Tv-yə istinadən xəbər verir ki, zərərçəkmiş İrfan Aşurov bildirir ki, sifarişçi özünü Bakıdakı müasir yaşayış komplekslərindən birinin sakini kimi təqdim edib. Onlar əvvəlcə qızılın ünvana çatdırılmasını və yerində manatla ödəniş etməklə bağlı razılaşıblar. Kuryer vasitəsi ilə ünvana çatıdırlan qızıllara görə alıcı ödənişi dollarla edib. Sonradan məlum olub ki, təqdim olunan bütün əskinaslar saxtadır. Ödənişin saxta olduğu müəyyənləşdikdən sonra sifarişçi ilə yenidən əlaqə saxlanılıb. Qarşı tərəf məsuliyyəti qəbul etməyib və vəziyyətin aydınlaşdırılması üçün onları yenidən həmin ünvana dəvət edib. Lakin dələduzlar təyin olunan yerə gəlməyib və daha sonra telefonlara cavab verməyiblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR