"Real Madrid"in və Braziliya milli komandasının yarımmüdafiəçisi Vinisius Junior "Qızıl top" 2024 uğrunda mübarizənin favoritləri siyahısında birinci yeri tutub.
Vinisus Çempionlar Liqasının yarımfinalında "Bayern"ə qarşı keçirdikləri ikinci matçdan sonra namizədlər siyahısında son 7 ay ərzində reytinq cədvəlinə başçılıq edən komanda yoldaşı Jude Bellinqhemi qabaqlayıb.
Qeyd edək ki, braziliyalı 2018-ci ildən Madrid klubunda çıxış edir. Bundan əvvəl o, Braziliyada "Flamenqo"da çıxış edib.
İspaniya komandasının tərkibində Vinisius iki dəfə ölkə çempionu olub, iki dəfə Superkubok və bir dəfə kuboku qazanıb.
Bu mövsüm Vinisius La Liqada 24 oyun keçirib, 13 qol vurub.