Qızılağac qoruğu ərazisində yanğın davam edir - YENİLƏNİB

Qızılağac qoruğu ərazisində yanğın davam edir - YENİLƏNİB
SOSİAL
19:05 11.07.2017
996
Qızılağac qoruğunda baş verən yanğın davam edir.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, əraziyə Fövqalada Hallar Nazirliyinin Masallı və Lənkəran yanğından muhafizə hissəsinin avtomaşınları və xeyli sayda canlı quvvəsi cəlb olunub.
 
Yanğın əsasən dəniz sahilində, qamışlıq ərazidə müşahidə olunur. Havanın küləkli olması səbəbindən və ərazi bataqlıq olduğundan ora yaxınlaşmaq çətinlik yaradır .Hazırda yanğın 10 hektardan artıq ərazini əhatə edir.
 
Qeyd edək ki, bu gün saat 14.00 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib.
OXŞAR XƏBƏRLƏR