"Qızım 10 ildir atasını görmür".
AZXEBER.COM xəbər verir ki, bunu "Gün ortası" verilişində aparıcı Zümrüd Bədəlova deyib.
Valideyn-övlad münasibətlərindən danışan aparıcı göz yaşlarını saxlaya bilməyib:
"Kənardan baxan tamaşaçı başqa cürə düşünür. Ailə dağılsa da, ata nə qədər pis olsa da atadır. Qızım 10 ildir atasını görmür. Mən bir gündən bir özüm atasını yığıram, məcbur edirəm ki, danışsınlar. O bura gələ bilmir deyə çalışıram qızımı ona göstərim. Ataları pisləmək olmaz. Hər ikisi də müqəddəsdir, sadəcə qadın daha güclüdür. Həm ata, həm ana ola bilir.
Valideynlər ayrılmış ola bilər, amma qızlar ikiqat ata sevgisi istəyir. Atası haqda danışanda görürəm ki, qızımın da gözləri dolur, amma məndən gizlədir. Kişilər xanımlara kaş dəyər verə bilə...Bəlkə onda ailələr dağılmaz".
Aysel