"Qızım doğulandan sonra evim yuva olub" - Tolik

"Qızım doğulandan sonra evim yuva olub" - Tolik
MAQAZİN
11:24 27.11.2025
391
"Qızım dünyaya gələndən sonra mənim evim yuva olub. Artıq evdə istədiyim yeməklər bişir, qeydimə qalan insanlar var".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev deyib.
 
O, bildirib ki, qızı Milana həyatını kökündən dəyişib:
 
"Mən hər zaman tək yaşamışam. Atam sağ olanda bir az ondan qayğı görürdüm. Qızım dünyaya gələndən sonra mənim evim yuva olub. Bibim sağ olsun, bizimlə qalır. İlk dəfədir ki, səhər oyanıram, kimsə məndən soruşur ki, nə bişirim, nə yemək istəyirsən? Kənarda kimsə mənə bir şey verəndə, çalışıram onu evə aparım. Çünki orda bir ailəm var.
 
Qızımla oynayıram, deyib-gülürəm, sonra keçirəm başqa otağa telefonla danışıram, işlə məşğul oluram. Dayım məni danlayır. Deyir övladına çox zaman ayır, ona çox sevgi ver. Dünyanın harasına getsəm, müqəddəs yerlərdə, kilisələrdə qız övlad arzulayırdım. Deyirdim necə olur-olsun, mənə bir övlad payı ver, Allahım! O da məni çox şükür eşitdi".
 
Aysel
OXŞAR XƏBƏRLƏR