"Qızım ərə gedəndən nə evində olmuşam, nə də zəng vurmuşam" - Könül

"Qızım ərə gedəndən nə evində olmuşam, nə də zəng vurmuşam" - Könül
MAQAZİN
12:01 20.02.2018
3911
Ötən ilin noyabrında qızı Ləmanı Ağcabədiyə ərə verən Könül Kərimova "Xəzər Maqazin”ə maraqlı açıqlamalar verib. 

Müğənni qızı üçün narahatlıq keçirmədiyini və toydan sonra ona zəng vurmadığını deyib: 

"Qızım ərə gedəndən hələ onlara gedib-gəlməmişəm. Səmimi etiraf edim. Yersiz narahat olan adam deyiləm. Hər şeyə görə özümü narahat, səbirsiz hiss edim – bu, məndə belə deyil. Qız köçürən analar var ki, qızı evdən köçən kimi arxasınca zəng-filan vurur. Mən heç zəng də eləmirəm. Bilirəm ki, yaxşıdır”. 

K.Kərimova özünün isə çox ağırxasiyyətli qayınana olacağını söyləyib: 

"Amma mən özüm çətin qayınana olacağam. Gəlindən əsl gəlinlik tələb edəcəyəm. Gəlin mən deyən gəlin olsa, başımın tacı olacaq. O artıq gəlinin fərasətindən, ağlından asılıdır”.
 ///Axşam.az
OXŞAR XƏBƏRLƏR