AZXEBER.COM xəbər verir ki, o, qızının geyimini bəyənməyən və pis rəy yazan izləyiciləri ifşa edib.
Əməkdar artist qızının məktəbə qısa ətək geyinməsinə qarşı olduğunu bildirib:
"Necə içi qurtlu qadınlar var, sizə görə övladımın şəklinin rəylərini bağlamışam, dözmürsüz mesaj qutusuna yazırsız. Hansı qanunda var ki, uşaq 1-ci sinifə gedirsə mütləq ağ bant taxmalıdır. Mənim ürəyim istəyib, ən bahalı bantı almışam, tünd rəngdə taxmışam. İnqubator cücəsi kimi hamı ağ bant taxır, mən istəmədim. Yazırsız ki, uşağın ətəyini qısaldardın, "qaraçı" kimi görünür. Bu mənim seçimimdir. Lövhədə oğlanlar dərs danışanda, uşaqdır, oturuşun bilməz, ayaqları görünər.
Mənim ürəyim istəmir qızım məktəbə qısa geyinsin. Siz geyindirin, müasir olun. Qısanı öz yanımda, mən məsləhət bildiyim yerə geyinər. O, hələ uşaqdır. Amma məktəbə mənim qızım, xarakterimə uyğun siz dediyiniz kimi "qaraçı" günündə gedəcək, amma əsla qısa geyinməyəcək!... Qadın olun, içi çürük yox!"
Aysel