"Qızım sevərək ailə qurmayıb. Bir-birilərini görüb, bəyəniblər. Əsas odur ki, evlənəcəyin adamın yaxşı perespektivi olsun".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva deyib.
"Həftənin qonağı" verilişində qonaq olan sənətçi qızının ailə həyatından danışıb:
"Qızım sevərək ailə qurmayıb. Bir-birilərini görüb, bəyəniblər. Əsas odur ki, evlənəcəyin adamın yaxşı perespektivi olsun, şükür Allaha ki, o da var. Normal ailədir, bizə uyğundur. Perespektiv pulla olmur, gərək özündə qabiliyyət olsun. Bu dövrdə heç kəs ağ atlı oğlan axtarmasın, əsas insan olmaqdır".
Aysel









































