İstanbulun Esenyurt rayonunda yaşayan dörd uşaq atası M.A-nın 2017-ci ildə 5 yaşlı əkiz qızları N.A və B.A-nı zorladığı ortaya çıxıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, ana Y.A həyat yoldaşı M.A-dan şikayət edib. M.A, çərşənbə günü hakim qarşısına çıxacaq.
Ana Y.A qızlarının əvvəllər bu barədə ona dediklərini, lakin onlara həmin vaxt inanmdığını bildirib.
Ana Y.A ifadəsində: "Sonralar ərim mənim də açıq-saçıq şəkillərimi internetdə başqa bir adla yaymağa başladı. Telefonundan da tez-tez intim xarakterli videolar izləyirdi. Mən bütün bunlara görə ondan ayrılmaq istədim, amma ailələrimiz imkan vermədi. Bir gün isə qızım B.A-nın çığırtı səsini eşitdim və otağa gedib baxdığımda gördüm ki, ərim, B.A-nın ağzını bağlayıb yatırdı, qızım da ağlayırdı. Nə etdiyini soruşdum, "Qızım ilə yatıram, yata bilmərəm" dedi. Bu zaman qızlarımın doğru söyədikləri fikrinə düşdüm. Yenə bir gün bağırtı səsləri duydum, qızım N.A gəlib mənə B.A-nı atasının qucağına aldığını söyləyib. Mən də gedib baxdığımda ərimin cinsiyyət orqanı açıqda idi və B.A-nı zorladığını gördüm. Bundan sonra ondan şikayət etmək qərarına gəldim" deyib.
Uşaqlar N.A və B.A da verdikləri ifadə zamanı atalarını evdə hər zaman çılpaq gördüklərini deyiblər.