"Qızın intim videolarından sonra işdən qovdum" - AMAY Abdulladan şok ifadə

"Qızın intim videolarından sonra işdən qovdum" - AMAY Abdulladan şok ifadə
SOSİAL
12:27 20.04.2017
1747
Özünü "MTN ən gənc qadın polkovniki" kimi təqdim edərək 1 milyona yaxın dələduzluq etməkdə təqsirləndirilən Aygün Akimovanın cinayət işi üzrə məhkəmə davam etməkdədir.

Məhz iş üzrə zərərçəkənlərin məhkəmədə səsləndirdikləri fikirlərində Səbinə Akimovanın tanınmış iş adamı Abdulla Abdullayevin qeyri-rəsmi həyat yoldaşını olduğunu iddia edib. Hətta Abdulla Abdullayevin Aygün Akimovadan 2 uşağı olmasını da bildirirlər.
 
Aygün Akimova isə məhkəmədə buna etiraz edib və ərinin kim olmasının onlara heç bir dəxli olmadığını deyib.

Lent.az-ın əldə etdiyi məlumata əsasən, həmin cinayət işi üzrə adı çəkilən iş adamı Abdulla Abdullayev istintaq dövründə dindirilib. Və bu məlumatlar barəsində maraqlı faktlar səsləndirib.

İttiham aktına əsasən şahid qismində dindirilən Abdulla Abdullayev  bildirib ki, AMAY şirkətinin rəhbəri olduğu vaxt təxminən 2004-cü ildə əvvəllər tanımadığı Dilarə adlı qadın onun iş yerinə gəlib: "Seyid nəslindən olduğunu, işçim Dünyaxanım Əliyevaya borcu olduğunu dedi. Məndən pul istədi, köməklik elədim. Sayını xatırlamıram, amma Dünyaxanıma bir neçə dəfə pul vermişəm".

Abdulla Abdullayev bildirib ki, həmin Dilarə adlı qadın növbəti dəfə onun yanına gələrək Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını və cinsi istismar olduğunu deyib: "Dilarə xahiş elədi ki, həmin şəxsə təzyiq edim ki, onun qızı ilə evlənsin. Razılaşmadım. Daha sonra Dilarə məndən xahiş etdi ki, qızı Aygünü xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim. Və bu işin üstü açılmasın. Mən isə xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını dedim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadiməçi olaraq işə götürdüm. Aygünə 300 manat maaş verirdim".

İş adamının istintaqa dediyinə görə,  bir müddət sonra işçilərindən Aygünün hamilə olduğunu eşidib: "Aygün oğlan uşağı doğmuşdu. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində ata kimi mənim adımı yazdırmaq istədiyini dedi. Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası isə başqası olub. Mən heç vaxt Aygünlə intim əlaqədə olmamışam. Aygünün daha sonra bir qız uşağı da olub. Onun da doğum şəhadətnaməsinə ata kimi adımın yazılmasına etiraz etmədim"

A.Abdullayev daha sonra Aygünün əxlaqsız hərəkətlər etməsindən xəbər tutduğunu deyib: "İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin görüntüləri Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə verdim və daha sonra onu işdən çıxardım. Bundan sonra, Aygünü görməmişəm və telefonla da danışmamışam. Hətta 2012-ci ildə məhkəməyə müraciət etdim ki, Aygün Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adım çıxarılsın. Lakin həmin vaxt xaricə getdim, daha sonra həbsə düşdüm"

Abdulla Abdullayev Aygün Akimovanın törətdiyi cinayət əməllərindən xəbərsiz olduğunu deyib həmçinin bildirib ki, şirkətinə Aygünün nəzarət etməsi, ona maşın, ev alması haqda deyilənlər yalandır: "Rəhbərlik etdiyim şirkətin İdarə Heyəti olub və bütün vəzifəli şəxslər öz işlərini görüblər. Aygün də bir müddət xadimə olaraq işləyib. Aygünə heç vaxt Cadiillas Escalades markalı maşın almamışam. Aygünə sadəcə şirkətdə işlədiyi vaxt 300 manat maaş vermişəm, atası və anasının müalicəsi üçün çox az məbləğdə pul vermişəm. Aygünə mənzil almağım haqda deyilənlər də yalandır'.

Qeyd edək ki, Aygün Akimovanın işi hazırda Bakı Ağır Cinayətlər hakim Əlövsət Abbasovun sədrliyi ilə Məhkəməsində baxılır. 

A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir. 

Onlara Cinayət Məcəlləsinim 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib