Qızın üstünə şampun töküb zorladılar - O anları kameraya çəkdilər

Qızın üstünə şampun töküb zorladılar - O anları kameraya çəkdilər
DÜNYA
22:03 19.04.2018
7577

Diyarbakırda iki şəxs evdə yalnız olan 13 yaşlı qız uşağının ağzını bağlayıb, üzərinə şampun tökərək zorlayıb. 

AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərə kəsilən 22.5 illik həbs cəzası 7-yə endirilib.

Qeyd edək ki, ailəsi ilə birlikdə yaşayan qız uşağı M.Ç. 2007-ci ilin 4 avqust tarixində evdə yalnızkən zorla içəri girən K.G. (24) və xalası oğlu M.G. (17) tərəfindən təcavüzə məruz qalıb.

Hazırlanan iddianamədə şübhəlilər K.G. və xalası oğlu M.G.-nin iplə evin arxa qapısını açıb içəri girdikləri, azyaşlı qızın qışqırmaması üçün ağzını bağlayaraq üzərinə şampun tökdükləri və 4 dəfə cinsi əlaqədə olaraq, o anları mobil telefonla çəkdikləri qeyd edilib. 

 

Qərara görə, 22 il 6 ay həbs cəzası alan K.G.-nin cəzası 7 il 6 aya, 12 il həbs cəzası alan M.G.-nin cəzası isə 6 il 3 aya endirilib.

OXŞAR XƏBƏRLƏR