Qızına 400 minlik toy edən Qüdrət Şükürovun keçmiş qudası: "Araşdırın, görün milyonları necə yeyib"

Qızına 400 minlik toy edən Qüdrət Şükürovun keçmiş qudası: "Araşdırın, görün milyonları necə yeyib"
SOSİAL
13:30 13.04.2018
13582

Nərimanov Rayon Məhkəməsində Qüdrət Şükürovun keçmiş kürəkəninin işi üzrə məhkəmə başlayır; Elşən Əsgərlinin atası "baş liftçi”nin korrupsiya əməllərini araşdırmağa çağırıb.


Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun adını yenidən mətbuatın gündəminə qaytaracaq məhkəmə prosesi başlanır. Aprelin 13-də Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Qüdrət Şükürovun kürəkəni Elşən Əsgərli və dostları Azər Nəsibov, Nuray Bayramlının işi üzrə hazırlıq iclası keçiriləcək.


İttiham aktında yazılanlara inansaq, Elşən Əsgərli keçmiş arvadı, Aysel Şükürovanın indiki əri Oktay Əhmədova qarşı xuliqanlıq edib. İttiham aktında yer alan məlumatlara görə, o, xuliqanlıq edərkən dostları Azər Nəsibov və Nuray Bayramlı yanında olublar. 7 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə zəminində Oktay Əhmədova zor tətbiq edildiyi qeyd olunur.


Elşən Əsgərlinin atası Rafael Əsgərov deyir ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur. Sadəcə, Qüdrət Şükürov əldə etdiyi milyonların hesabına indiki kürəkənini zərərçəkənə, onun oğlunu, yəni keçmiş kürəkənini isə təqsirləndirilən şəxsə çevirə bilib:"Mənim oğluma qarşı 3 dəfə cinayət törədilib. Elşən Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən onu bağa çağırmışdılar. Ona demişdilər ki, uşaq bağdadır. Elşən bağa gedəndə isə gözətçini öyrədib, ona hücum etdirmişdilər. Onda da gözətçini cəzalandırmaq əvəzinə, Elşəni günahlandırıb 500 manat cərimə etdilər. İkinci dəfə Oqtay və onun dəstəsi oğlum Elşəni metronun ”Gənclik" stansiyasının yanına guya danışığa çağırıb onu beysbol bitası ilə döydülər. Sonra da maşının nömrələrini qopardıb aparmışdılar. Şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Amma indiyə qədər Nəsimi rayonu ərazisində baş verən hadisənin şahidləri dindirilməyib. Hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri ortaya qoyulmayıb. İşi Pərviz adlı müstəntiq aparırdı. Ondan soruşuruq ki, niyə hadisə yerində olan kameraların görüntüləri ortaya qoyulmur? Deyir ki, guya kameralar işləməyib. Həmin işi faktiki olaraq dayandırıblar. Qüdrət Şükürov mənə özü deyib ki, Elşəni həbs etdirəcəyəm. Bu adam açıq-aşkar deyir ki, sizdən qisas alacağam. Çünki siz mətbuatda mənim haqda danışandan sonra korrupsiya idarəsi məndən 10 milyon pul alıb. Bunun qisasını sizdə qoymayacağam".

 


 

Elşən Əsgərlinin vəkili Ceyhun Yusifov "Yeni Müsavat”a açıqlamasında deyib ki, Nəsimi və Nərimanov rayonları ərazisində müvəkkilinə qarşı 2 ayrı-ayrı cinayət törədilib: "Tərəflər arasında Nərimanov rayonu ərazisində qarşılıqlı mübahisə olub. Elşən Əsgərli əslində hər dəfə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Elşənlə Oktay mübahisə edərkən onun dostları yolla keçirmişlər. Tanımadıqları şəxsin Elşənin üstünə yeridiyini görüblər. Onlar tərəfləri sakitləşdiriblər. Bu gün həmin şəxslər də Elşənlə bərabər istintaqa cəlb edilib və məhkəmə qarşısına çıxarılırlar. Əslində Elşən bu gün məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində deyil, zərərçəkən qismində çıxarılmalıdır.  Nəsimi rayonu ərazisində Elşən Əsgərlini vəhşicəsinə döyüblər. Onu döyənlərə Qüdrət Şükürovun indiki kürəkəni Oqtay Əhmədov rəhbərlik edib. Maşınının nömrə nişanlarını belə açıb özləri ilə aparıblar. Lakin Baş Polis İdarəsinin İstintaq İdarəsində işə obyektiv yanaşılmayıb. Nəsimi rayonu ərazisində Elşən Əsgərlinin döyülməsindən sonra məhkəmə tibb ekspertizası onun bədəni üzərindəki xəsarətləri fiksə edib və dərəcəsi haqda istintaq orqanına müvafiq rəy verib. Çox təəssüf ki, bu günə qədər həmin işin icraatı heç bir əsaslı səbəb olmadan dayandırılıb. Elşən Əsgərli həmin iş üzrə zərərçəkən olduğu bir vaxtda Nərimanov rayonu ərazisində Oktay Əhmədov yenidən onunla qarşılaşıb və xəsarət yetirib. Hesab edirəm ki, məhkəmə işə obyektiv baxacaq və hazırlıq iclasında işi ibtidai istintaqa qaytaracaq”.

Elşən Əsgərlinin atası Rəfael Əsgərov Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Qüdrət Şükürovun korrupsiya əməllərini araşdırmağa çağırıb. Rafael Əsgərov özünün və ailə üzvlərinin məmur özbaşınalığının qurbanı olduğunu bildirərək, hüquq-mühafizə orqanları və ölkə rəhbərliyindən kömək istəyir.

Rafael Əsgərov deyir ki, rəsmi maaşı cəmi 510 manat olan Qüdrət Şükürovun Bakıda, İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatı var. Onun sözlərinə görə, Bakı Lift İdarəsi dövlət büdcəsindən bu quruma ayrılan 15 milyon manatın təqribən yarısını mənimsəyib. Qüdrət Şükürov bunun üçün Moskvada Markaryan adlı bir erməni ilə işbirliyinə gedib. Rafael Əsgərov bildirib ki, Qüdrət Şükürov liftlərin qiymətini "şişirdərək” rəsmiləşdirir və dövlət büdcəsindən milyonlarla manatı ələ keçirir. Ucuz qiymətə keyfiyyətsiz liftlər alınaraq Bakıda binalarda quraşdırılır: "Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib. Dövlət büdcəsində milyonlarla manat lift istehsalçısının hesabına köçdükdən sonra, Qüdrət Şükürov oradan ”otkat" alır. Mən özüm onun "Azəriqazbank”ın filialı vasitəsilə bu "otkatı” necə aldığının şahidi olmuşam. İstintaqa dəvət olunsam, bu haqda ətraflı məlumat verəcəyəm".


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək
23:24 23.09.2025
Tramp: Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək
"Qızıl top"u 30 ildən sonra ilk dəfə qaradərili futbolçu qazanıb
23:17 23.09.2025
"Qızıl top"u 30 ildən sonra ilk dəfə qaradərili futbolçu qazanıb
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
22:52 23.09.2025
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb  - FOTOLAR
22:34 23.09.2025
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb - FOTOLAR
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
22:24 23.09.2025
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
Tramp zelenski ilə görüşüb
22:10 23.09.2025
Tramp zelenski ilə görüşüb
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
22:05 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
21:50 23.09.2025
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
21:41 23.09.2025
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
21:36 23.09.2025
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
21:33 23.09.2025
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
21:23 23.09.2025
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
21:08 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
21:01 23.09.2025
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
20:52 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
20:48 23.09.2025
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib