Türkiyədə maraqlı hadisə baş verib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,Şanlıurfada yük maşını sürücüsü Məmməd Ulduz qızına qeyri-adi ad qoyub. O, 28 il əvvəl xəyalını qurub ala bilmədiyi yük maşınının adını qızına verib.
10 il əvvəl vəfat edən Ulduzun 1976-cı ildə doğulan qızı Bemece Ay açıqlaasında bildirib ki, “Atam israrla Şəxsiyyət vəsiqəsinə ad olaraq ‘BMC' yazılmasını istəmişdi, amma məmur adımı Bemece olaraq qeydə keçirib. Hər halda dünyada yük maşını adı daşıyan tək qadın mənəm. Adımı dəyişdirmək üçün müraciətimi edəcəm”.
Turxan