Qızını bıçaqladı, sonra intihar etdi - Azərbaycanda dəhşət

Qızını bıçaqladı, sonra intihar etdi - Azərbaycanda dəhşət
SOSİAL
12:13 03.06.2023
243
Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü A. Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

"İlkin araşdırmalar nəticəsində məlum olub ki, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı A. Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib. Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir”, - DİN rəsmisi bildirib.
OXŞAR XƏBƏRLƏR