"Qızını döyməyən, dizini döyər" - Bu ifadədən necə yaxa qurtaraq? - VİDEO

SOSİAL
13:24 08.04.2022
771
AZXEBER.COM "El nə deyər” rubrikasının növbəti buraxılışı ilə qarşınızdadır. 
 
Bildiyimiz kimi martın 31-i yaşayış binasının yaxınlığında anası tərəfindən zibilliyə atılan yeni doğulmuş qız uşağının cəsədi tapılıb. Ana isə hadisədən 4 gün sonra: aprelin 4–ü şübhəli şəxs qismində saxlanılıb.
 
Təəssüf ki, artıq belə hallar cəmiyyət tərəfindən normal qarşılanır. Burda Bəxtiyar Vahabzadənin şeirindən bir parçanı xatırlamaq tam yerinə düşərdi: "Qorxuram dünyada bir zaman gələ, insanlar yaşaya, insanlıq ölə”.
 
Cəmiyyətimizdə qız övladlarının yetişdirilməsi çətindir, anlayıram. Bəs bu, dünyaya göz açan bir canı almağa dəlalət edir mi? Adı belə qoyulmamış körpənin yaşadığı taleyin bənzərini yaşayan minlərlə qızı misal çəkə bilərik. Kortəbii şəkildə ailələrin qurulduğu, sevgi və hörmətin, milli mənəvi dəyərlərimizə diqqətin az olduğu müddətcə qız uşaqlarının ölümü haqqında hələ çox eşidəcəyik.
 
Əfsuslar olsun ki, dövrümüzdə evliliklər sevgi və hörmət üzərinə yox, daha çox maddiyat və ailə strategiyasına uyğun olaraq qurulur. Bu da sonradan fikir ayrılığı kimi problemlərin yaranması ilə nəticələnir. Düşüncə cəhətdən böyüyüb inkşaf etməyən , münasibəti uşaq oyuncağı kimi qiymətləndirən "valideynlər” əvvəl vicdanlarına daha sonra isə hüquq mühafizə orqanlarına cavab verməli olacaqlar.
 
Necə deyərlər "Qızını döyməyən dizini döyər kimi” deyimlərimizi dəyişdirməsək, cəmiyyətimizi dəyişdirmək mümkün olmayacaq.
 
Oksana Orucova
 
 

OXŞAR XƏBƏRLƏR