Qızını texnikuma düzəltmək üçün 6 min manat verdi

Qızını texnikuma düzəltmək üçün 6 min manat verdi
SOSİAL
16:08 22.11.2017
921

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. 

AZXEBER.COM-un Lent.az-a istinadən məlumatına görə, 1974-cü il təvəllüdlü Dinler Umuxanım Nadir qızı ərizə yazaraq bildirib ki, keçən ilin avqustunda Mirzə adlı şəxsə qızı Hülyanı Rusiyadakı texnikumlardan birinə düzəltmək üçün pul verib. 

Həmin şəxs qızın Dərbənddəki texnikumda təhsil almasını təşkil edəcəyini söz verərək 6 min manat alıb. Lakin 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, vədə əməl edilməyib, alınan pul da geri qaytarılmayıb.

Şikayətçi qadın məsələnin hüquqi yolla həll edilməsini xahiş edib.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR