Qızının cehiz pulunu verə bilməyən ana 9 il həbs edildi

Qızının cehiz pulunu verə bilməyən ana 9 il həbs edildi
SOSİAL
15:36 26.04.2017
1040

 

Qızına aldığı cehizin pulunu verə bilməyən və dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Ş. Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Ş. Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb. Sonradan pulu verməyib. Buna görə, onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq ) maddəsi ilə cinayət işi başlanılıb.

///lent.az
OXŞAR XƏBƏRLƏR